Sosial şəbəkədə biz:

Pekin-2022: Finlandiya millisi ilk dəfə olimpiya çempionu oldu

20 February 2022, 12:23
Gündəm

Pekin-2022 Qış Olimpiya Oyunlarında Finlandiya komandası hokkey üzrə olimpiya çempionu olub.

Final Rusiya üzərində 2:1 hesablı qələbə qazanan skandinavlar tarixi uğura imza atıb.

Çempionların heyətində 24-cü dəqiqədə Ville Pokka və 41-ci dəqiqədə Hannes Byörninen qol vurub. Rusiya millisində yeganə qol oyunun 8-ci dəqiqəsində Mixail Qriqorenkonun aktivinə yazılıb.

Qeyd edək ki, Finlandiya yığması tarixində ilk dəfə olimpiya çempionu olub. Rusiya seçməsi isə sonuncu dəfə 2018-ci ildə Cənubi Koreyanın Pxençxanq şəhərində keçirilmiş Qış Olimpiya Oyunlarında qızıl medallara sahib çıxıb.