Sosial şəbəkədə biz:

Putin Ukraynaya qoşun yeridir

22 February 2022, 08:33
Gündəm

Rusiya prezidenti Vladimir Putin Rusiya silahlı qüvvələrini “DXR” və “LXR”nı da sülhməramlı funksiyaları ilə təmin etmək məqsədilə fərman imzalayıb.

“Donetsk Xalq Respublikası rəhbərinin Rusiya Federasiyası Müdafiə Nazirliyinə müraciəti ilə əlaqədar olaraq, “dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında” saziş bağlanana qədər Rusiya Silahlı Qüvvələri Donetsk Xalq Respublikasının ərazisində sülhməramlı funksiyaları yerinə yetirir”, - “DXR”nın müstəqilliyinin tanınması ilə bağlı fərmanın bəndlərindən birində deyilir.

Rusiya Müdafiə Nazirliyinin "LXR"nın müstəqilliyinin tanınması haqqında fərmandakı göstərişləri də oxşar şəkildə tərtib edilmişdir.

Fərman imzalandığı gündən - fevralın 21-dən qüvvəyə minib.