Şəhriyar Məmmədyarov Aronyanla heç-heçə etdi
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun “Airthings Masters” mərhələsində növbəti görüşünü keçirib.
37 yaşlı qrossmeyster XI turda ermənistanlı Levon Aronyanla üz-üzə gəlib. Qara fiqurlarla oynayan Məmmədyarov 41-ci gedişdə heç-heçəyə razılaşıb.