Sosial şəbəkədə biz:

DİN-dən Azinforum.az-ın ictimailəşdirdiyi şikayətə rəsmi reaksiya

22 February 2022, 15:46
Gündəm

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Yevlax rayon sakini Aysel Süleymanlı ona məxsus evdən oğurluq edilməsi barədə Yevlax Rayon Polis Şöbəsinə məlumat verib. Məlumatla əlaqədar müvafiq araşdırmalara başlanılıb, oğurluğu törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Faktla bağlı Yevlax RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 177.2.1 (Oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanılıb.  Həmin cinayət işi üzrə araşdırmalar yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Hazırda məhkəmə prosesi davam etdirilir.

P.S. Qeyd edək ki, iki gün əvvəl Aysel Süleymanlı Azinforum.az-a verdiyi videomüsahibədə Yevlax polisində işinin obyektiv araşdırılmadığı ilə bağlı DİN rəhbərliyinə müraciət etmişdi.

Azinforum.az