"Keçmiş SSRİ respublikalarının suverenliyinin tərəfdarıyıq" - Putin
Xəbər veridyimiz kimi Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyada rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 22-də Rusiya dövlətinin başçısı ilə təkbətək görüşü olub. Görüşdən sonra müttəfiqlik haqqında bəyannamə imzalanacaq.
"RİA Novosti" görüş zamanı Rusiya Prezidentinin bir sıra məsələlərə toxunduğunu yazıb.
Putin vurğulayıb ki, artıq "DXR" və "LXR"in müstəqilliyinin tanınması barədə qərar qəbul edilib və spekulyasiyaya gəlincə, onlar heç də təəccüblü deyil.
“Biz Rusiya İmperiyasının bərpası ilə bağlı fərziyyələri qabaqcadan görürdük və bu doğru deyil, - Putin deyib.
O, bəyan edib ki, Rusiya Federasiyası keçmiş SSRİ-nin tərkibində olan respublikaların suverenliyini dəstəkləyir.
“Ukrayna ilə bağlı vəziyyətə gəldikdə isə bu ölkəyə xarici təsirlərə görə istisnadır”, - Putin qeyd edib.