Sosial şəbəkədə biz:

AMİP Rusiyanın atdığı addımı qətiyyətlə pisləyir

23 February 2022, 14:18
Gündəm

Azərbaycan Milli İstiqlal Partiyası Ukrayna ətrafında baş verən hadisələrlə bağlı bəyanat qəbul edib.

Bəyanatda deyilir: "Rusiyanın Donetsk və Luqanskı “müstəqil dövlət” kimi tanıması ilə bağlı qərarını separatizmə dəstək, Ukraynanın ərazi bütövlüyünə qəsd kimi dəyərləndiriririk. Milli İstiqlal Partiyası hesab edir ki, Rusiyanın məlum qərarı Minsk razılaşmasının tələblərini pozmaqla yanaşı, beynəlxalq hüquqa meydan oxumaqdır və heç bir halda qəbul edilə bilməz.

Hesab edirik ki, uzun illər ərzində separatizmdən əziyyət çəkən və eləcə də bütün platformalarda Ukraynanın ərazi bütövlüyünə dəstəyini ifadə etmiş dövlət kimi Azərbaycanın birmənalı olaraq növbəti dəfə Ukraynaya dəstək ifadə etməsi və Rusiyanın məlum qərarını pisləməsi mühüm şərtdir.

Azərbaycan Milli İstiqlal Partiyası Ukrayna Respublikasının Donetsk və Luqansk vilayətlərinin Rusiya tərəfindən müstəqil dövlətlər olaraq tanınmasını qətiyyətlə pisləyir və bunu beynəlxalq hüququn dövlətlərin ərazi bütövlüyü prinsipinin kobud surətdə pozulması kimi qiymətləndirərək Ukrayna xalqına dəstəyini ifadə edir".

Azinforum.az