Sosial şəbəkədə biz:

Papa miqrantların ayağını yudu və öpdü

25 March 2016, 09:57
Gündəm
Roma Papası Fransisk Məşəqqət həftəsinin Böyük cümə axşamında siyasi sığınacaq verilməsi haqqında ərizə vermiş şəxslərin müvəqqəti saxlanma mərkəzində 12 dindarın - 11 qaçqın və bir italiyalı qadının ayaqlarını yuyaraq öpüb. "Report" bildirir ki, bu barədə "Avvenire" nəşri yazıb. 12 dindar arasında dördü nigeriyadan olmaqla 5 katolik, 3 müsəlman, 3 kopt və 1 bütpərəst olub. Mərasim zamanı pontifik çərşənbə axşamı Brüsseldə baş verən qanlı terror aktlarını da xatırlayıb.