Sosial şəbəkədə biz:

İlham Əliyev xanımı ilə Rusiyada sərgiyə qatıldı - Video

23 February 2022, 16:41
Gündəm

Rusiyada səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Moskvada TASS informasiya agentliyinin binası qarşısında “TASS və AzərTac kadrlarında Rusiya və Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyi” adlı sərgi ilə tanış olublar.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, sözügedən sərgi TASS və AzərTacın birgə layihəsidir.

Sərgidə, həmçinin TASS-ın baş direktoru Sergey Mixaylov və digər rəsmi şəxslər iştirak ediblər.

Sərgidə Azərbaycanla Rusiya arasında dostluğun, siyasət, iqtisadiyyat, hərb, mədəniyyət və başqa sahələrdəki əməkdaşlığın yaxın tarixini əks etdirən 20-dək şəkil nümayiş olunur.

https://t.me/qafqazinfo/18194?embed=1