Sosial şəbəkədə biz:

"ABŞ qoşunlarını Ukraynaya döyüşmək üçün göndərməyəcək" - Psaki

24 February 2022, 08:40
Gündəm

"ABŞ Prezidenti Co Bayden Amerika qoşunlarını Ukraynaya göndərmək fikrində deyil”.

TASS xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki brifinqdə deyib.

“Prezident ABŞ hərbçilərini və ya Amerika qoşunlarını Ukraynaya döyüşmək üçün göndərmək niyyətində deyil. Bu baxış bucağı və prezidentin yanaşması dəyişməyib”, - deyə Psakqi qeyd edib.