Sosial şəbəkədə biz:

Bakıda tikilməkdə olan bina çökdü - Dağıntılar altında qalanlar var - FOTO

24 February 2022, 13:51
Gündəm

Bakının Keşlə qəsəbəsində tikilməkdə olan bina çöküb.

Azinforum.az APA-ya istinadən xəbər verir ki, hadisə “City Garden” layihəsinin inşa olunan binalarından birində baş verib.

Dağıntı altında qalanların olduğu ehtimal edilir.

Hadisənin baş verdiyi “City Garden Nərimanov” yaşayış kompleksi Azərbaycanan ən böyük tikinti şirkətlərindən olan “Kristal Abşeron”un yeni layihəsidir.

Nəriman Nərimanov ərazisində 21 hektar ərazidə yeni yaşayış kompleksinin tikintisi bir neçə ay əvvəl başlamışdı.