Sosial şəbəkədə biz:

"Məqsədimiz Ukraynanı tərksilah etməkdir" - PESKOV

24 February 2022, 16:47
Gündəm

"Rusiyanın Ukraynada hərbi əməliyyatının məqsədi Ukraynanın demilitarizasiyası və denasifikasiyasıdır". Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, Ukraynadakı əməliyyatlara "işğal" adı vermək doğru deyil, işğal barədə heç bir söhbət getmir. 

"Rusiyanın hərbi əməliyyatının məqsədi Ukraynanın demilitarizasiyası və denasifikasiyasıdır. Müddəti isə prezident müəyyən edəcək".