Sosial şəbəkədə biz:

Hikmət Hacıyev kütləvi məzarlıqla bağlı paylaşım edib

25 February 2022, 09:18
Gündəm

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəsmi Twitter hesabında azərbaycanlıların Xocavəndin Edilli kəndində aşkarlanan kütləvi məzarlığı barədə paylaşım edib.

Paylaşımda qeyd edilib:

“Şahidlərin sözlərinə görə, bir zamanlar işğal altında olmuş Edilli kəndində keçmiş azərbaycanlı əsirlərin kütləvi məzarlığı müəyyən edilib. Edilli erməni qüvvələri tərəfindən azərbaycanlı əsirlər və dinc əhali üçün konslager/işgəncə düşərgəsi kimi istifadə edilib. Birinci Qarabağ müharibəsindən hələ də 4 000 azərbaycanlı itkin düşmüş hesab edilir”.