Rusiya Ukrayna ilə danışıqlara hazırdır - Putin
“Rusiya Ukrayna ilə yüksək səviyyədə danışıqlara hazırdır”.
Bunu Rusiya Prezidenti Vladimir Putin Çinin sədri Si Szinpinlə telefon danışığında bildirib.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 25-də müraciətində Rusiya Prezidenti Vladimir Putini danışıqlar masasına oturmağa çağırmışdı.