Sosial şəbəkədə biz:

Ukraynanın Odessa şəhərində “Xocalıya ədalət” lövhəsi asıldı

26 February 2022, 09:12
Gündəm

Hər zaman Azərbaycana dəstək nümayiş etdirən Ukrayna dövləti bu ağır günlərdə də təqdirəlayiq bir addım atıb.

Ukrayna, tarixinin ən çətin günlərini yaşasa da, Xocalı faciəsinin 30-cu ildönümünü unutmayıb, Azərbaycana dəstək nümayiş etdirib. Sosial şəbəkələrdə paylaşılan görüntülərdə Ukraynanın Odessa şəhərində “Xocalıya ədalət” reklam lövhəsinin asıldığı əks olunub.