“Prezident İlham Əliyev Ukrayna xalqına qarşı amansız terroru, hərbi cinayəti durdurmağı bacarar”
“Kimsə Ukrayna xalqına qarşı bu amansız terroru, hərbi cinayəti durdurmalıdır. Məncə, bunu ən yaxşı cənab Prezident bacarar”.
Bunu yazıçı Aysel Əlizadə bildirib.
A.Əlizadə qeyd edib ki, Prezident İlham Əliyev vasitəçi ola bilər: “Putinin, Rusiyanın dilini onun qədər bilən çox az siyasətçi olar. Bu savaşın təcili dayandırılması lazımdır. Ukrayna xalqı dəhşət yaşayır, ölkənin çöllərində ac-yalavac qalmış rus əsgərləri evlərə girir, sivil insanlara hücum edir, haranı gəldi, vurur. Uşaqlar üç gündür zirzəmilərdə daşın üstündə yatırlar, qan tökülür, insanlıq dramı yaşanır. Bunu kim dayandıra bilsə, tarixi qəhrəman olacaq”.