Odessada öldürülən azərbaycanlıların adları məlum odlu
Ukraynanın Odessa şəhərində diversiya qrupu tərəfindən öldürülən azərbaycanlıların kimliyi müəyyənləşib.
Avtomobilə silahlı hücum zamanı həlak olan azərbaycanlılar Rəhim İsmayılov, Qabil İsmayılov və Nemət İsmayılovdur. Onların yaxın qohum olduğu deyilir.
Qeyd edək ki, Odessa ərazisində diversiya qrupu əslən Kəlbəcərdən olan soydaşlarımızı daşıyan avtomobilləri atəşə tutub. Hadisə nəticəsində 3 nəfər həlak olub, bir neçə nəfərin isə yaralandığı bildirilir.