“Facebook”dan sonra “Google”dan da Rusiyaya QADAĞA
“Facebook”dan sonra “Google”dan da Rusiyaya QADAĞA
“Google” “YouTube” da daxil olmaqla, platforma və proqramlarını Rusiya dövlət mediası üçün bağlayıb.
Bu barədə “Reuters” xəbər agentliyi məlumat yayıb.
Qadağa həmçinin vebsayt və proqramlarda gəlir əldə etmək üçün öz reklam texnologiyalarından istifadəni də əhatə edir.
Bundan sonra Rusiya mediası “Google Tools” vasitəsilə reklam ala bilməyəcək. Axtarış və “Gmail” kimi “Google” xidmətlərində reklam yerləşdirə bilməyəcək. Şirkət lazım gəldikdə atılacaq əlavə addımlara hazırdır.
Xatırladaq ki, bundan əvvəl “Facebook”un sahibi olan “Meta” da analoji qadağanı elan etmişdi.