Sosial şəbəkədə biz:

Rejissor Tofiq İsmayılov dəfn edilib

25 March 2016, 21:58
Gündəm
Bu gün dünyasını dəyişən görkəmli kino xadimi, xalq artisti, Prezident təqaüdçüsü, kinorejissor Tofiq İsmayılov Bakının Yasamal qəbiristanlığında dəfn edilib.
 
APA-nın məlumatına görə, dəfn mərasimində Mədəniyyət və Turizm Nazirliyinin rəsmi şəxsləri, “Azərbaycanfilm” kinostudiyasının rəhbər şəxsləri, sənət xadimləri  iştirak ediblər.
Qeyd edək ki, T. İsmayılov bu gün uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.