Sosial şəbəkədə biz:

Rusiya Xersona nəzarəti ƏLƏ KEÇİRDİ

03 March 2022, 09:06
Gündəm

Rusiya hərbçiləri Xerson şəhərinə nəzarəti ələ keçiriblər.

CNN-nin xəbərinə görə, faktı şəhərin meri İqor Kolixayev təsdiqləyib.

Mer "Facebook" hesabındakı paylaşımında şəhərdə Ukrayna ordusunun qalmadığını bildirib.

Qeyd edək ki, Rusiya ötən gün Xerson şəhərinə nəzarəti götürdüyünü açıqlayıb.

Bu, müharibə başlayandan Rusiyanın ələ keçirdiyi ən böyük şəhərdir.

Qara dəniz sahilində yerləşən şəhərin 300 min sakinin olduğu bildirilir. (Lent.az)