Sosial şəbəkədə biz:

Ukraynadan təxliyə olunan azərbaycanlıların sayı - XİN

06 March 2022, 11:23
Gündəm

Azərbaycan Xarici İşlər Nazirliyi Ukraynadakı vəziyyətlə əlaqədar təyyarə ilə təxliyə olunan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb.

Belə ki, indiyədək baş tutan 8 çarter reysi ilə 1475 həmvətənimiz Azərbaycana gəlib.

Ukraynadan Polşaya keçən daha 400-ə qədər Azərbaycan vətəndaşı bu gün axşam saatlarında iki çarter reysi ilə Katovitse şəhərindən Bakıya yola salınacaq.