Sosial şəbəkədə biz:

Ukrayna ordusu 670 nəfərin əsir götürüldüyü dispanseri GERİ ALDI

06 March 2022, 12:58
Gündəm

Ukrayna ordusu Borodyanka şəhərindəki psixo-nevroloji dispanseri Rusiya qoşunlarından azad edib.

Milli.az xəbər verir ki, bu barədə Kiyev vilayəti dövlət administrasiyasının sədri Aleksey Kuleba danışıb.

Onun sözlərinə görə, Borodyanka ərazisində Rusiya qoşunları hələ də qalır.

Qeyd edək ki, buna qədər Borodyanka ərazisindəki psixo-nevroloji dispanserin Rusiya qoşunları tərəfindən ələ keçirildiyi və 670 nəfərin əsir götürüldüyü açıqlanmışdı.