Sosial şəbəkədə biz:

Nazirlikdən Nəriman Salmanovla bağlı - Açıqlama

09 March 2022, 19:12
Gündəm

Bu gün sosial şəbəkələrdə və bir sıra saytlarda Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Nəriman Salmanovun işdən azad olunması ilə bağlı məlumat yayılıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən “ Azinforum.az ” - a bildirilib ki, sözügedən şəxsin işdən çıxarılması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.

Qeyd edilib ki, N. Salmanov vəzifəsinin icrası ilə məşğuldur.