Sosial şəbəkədə biz:

Neft bahalaşıb, “uşaqpulu” veriləcək? - AÇIQLAMA

11 March 2022, 08:47
Gündəm

“Dəfələrlə “uşaqpulu” məsələsini qaldırmışam. Niyə verilməməlidir? Bəzi yardımları dayandırmaq da olar, amma “uşaqpulu” mütləq verilməlidir”.

Bunu deputat Vahid Əhmədov “Reaksiya TV”nin canlı efirində bildirib.

V.Əhmədov deyib ki, bu vəsait ünvanına çatır, kimsə oğurlaya bilməz: “Hökumət hələlik razılıq vermir, deyirlər, böyük vəsait lazımdır. Vəsait problemi yoxdur, kifayət qədər var. Bu məsələ həll olunmalıdır, amma razılığa gələ bilmirik...”