Sosial şəbəkədə biz:

Türkiyə ilə aramızda saat fərqi azaldı

27 March 2016, 16:58
Gündəm

Türkiyə ilə Azərbaycan arasındakı saat fərqi azalıb.

Martın 27-də Ankara vaxtı ilə 03.00-da Türkiyədə saatların əqrəbləri bir saat irəli çəkilib. Ölkədə yay vaxtı 7 ay qüvvədə olacaq və bu zaman kəsiyində Azərbaycanla Türkiyə arasındakı zaman fərqi 1 saat təşkil edəcək. Türkiyədə yay və qış vaxtları 1925-ci ildən tətbiq olunur. Qeyd edək ki, artıq bu ildən Azərbaycanda saatların geri və irəli çəkilməsi ləğv edilib. AzVision.az