Sosial şəbəkədə biz:

Bakıda bu küçələr sabaha qədər bağlı olacaq

17 March 2022, 13:51
Gündəm

Bakı şəhərində velosiped yollarının salınması layihəsi çərçivəsində bu gün axşam saat 22:00-dan sabah səhər saat 06:00-dək Səbail rayonu Üzeyir Hacıbəyli küçəsinin Puşkin, Rəşid Behbudov küçələri Azadlıq prospekti ilə kəsişmələrində müvafiq nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

Bu barədə “ Azinforum.az ” - a Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Qeyd olunan vaxt kəsiyində sözügedən kəsişmələrdə hərəkət xətlənmə işlərinin aparılacağı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq. Agentlik sürücülərdən qeyd olunan vaxt müddətində işlərin aparıldığı ərazilərdə hərəkətdə olarkən diqqətli olmalarını və yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edir.