Sosial şəbəkədə biz:

Poçt şöbəsinin işçisinə “külli miqdarda” mənimsəməyə görə 2 il şərti cəza

17 March 2022, 17:02
Gündəm

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə ittiham olunan, “Azərpoçt” MMC-nin 6 saylı poçt filialının müştəri xidmətləri şöbəsinin rəisi Eldar Camalovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Eldar Əhmədova 2 il sınaq müddəti tətbiq edilməklə şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, Əhmədov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinərək həbs edilmişdi.