Sosial şəbəkədə biz:

Azərbaycanda tanınmış aparıcı ərə gedir - FOTO

22 March 2022, 12:54
Gündəm

Tanınmış aparıcı və aktrisa Turanə Hüseynli evlənir.

O, bu barədə şəxsi “Instagram” hesabında paylaşım edib.

Turanə bildirib ki, ona gələn evlilik təklifinə “hə” cavabını verib.

İzləyiciləri sənətçini bu münasibətlə təbrik ediblər. Aparıcı isə evlənəcəyi şəxsin kimliyini açıqlamayıb.

Qeyd edək ki, T.Hüseynli uzun illər İTV-də aparıcılıq edib. O, həmçinin “Fərhad və Şirin”, “İfşa” kimi seriallarda da çəkilib.