Sosial şəbəkədə biz:

Kəmaləddin Heydərov yayılan məlumatlara münasibət bildirdi

23 March 2022, 11:16
Gündəm

Fövqəladə Hallar naziri Kamaləddin Heydərovun ölkə xaricində lüks otellərdən birində dincəldiyi, milli bayramımız olan Novruz Bayramını ölkə xaricində qeyd etdiyi bildirilib.

Fövqəladə Hallar naziri Kamaləddin Heydərov Manset.az-a açıqlamasında yayılan məlumatın yalan olduğunu bildirib.

 "Xaricdə olmağım barədə yayılanlar cəfəngiyatdır. Mən hazırda Bakıda, işdəyəm. İş başında olan adam necə xaricdə ola bilər? Bu dəqiqə bayram günlərində də işdəyəm."