Sosial şəbəkədə biz:

Ramanada “Z” işarələri peyda oldu - FOTO

24 March 2022, 13:58
Gündəm

Bakının Ramana qəsəbəsində son günlər heç də birmənalı qarşılanmayan “Z” işarəsi peyda olub.

Fotolarda divarlarda və yük maşınlarının üzərində qırmızı rəngli işarələr olduğu görünür. 

Qeyd edək ki, fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin Ukraynada genişmiqyaslı hərbi əməliyyatların başlandığını elan edib. Bundan sonra Rusiya hərbi bölmələrinin texnikalarının üzərində “V” və  “Z” işarələri qeyd olunub. Rusiya Müdafiə Nazirliyi bu işarələri “Z” - “Qələbə uğrunda” (“Za pobedu”) və “V” - “Güc həqiqətdədir”, həmçinin "Vəzifə yerinə yetiriləcək” kimi təfsir edib.