Sosial şəbəkədə biz:

Hacı Əliyev Avropa ikincisi oldu

30 March 2022, 08:53
Gündəm

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

Ber ki, 65 kq-da çıxış edən 3 qat dünya və 3 qat Avropa çempionu finalda macarıstanlı İsmail Musukayevlə qarşılaşıb.

Hacı Əliyev görüşə yaxşı başlasa da, sonradan üstünlüyü tamamilə rəqibə verib. Nəticədə 1:12 hesabı ilə uduzan titullu güləşçi ikinci yeri tutub.