Sosial şəbəkədə biz:

Ağacların kəsilməsi ilə bağlı toplanmış sənədlər Baş Prokurorluğa göndərildi

02 April 2022, 09:57
Gündəm

Sabirabad rayonu, Qaragüney kəndində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb. 

Bunu "Yeni Sabah"a Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib.

O qeyd edib ki, araşdırma zamanı ağacların kəsildiyi ərazinin vətəndaş Həmid Kərimova məxsus olduğu və təbiətə 22 740 manat məbləğində ziyan dəydiyi müəyyən edilib: “Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.