Eynulla Fətullayevin iki saytı bağlandı
Jurnalist Eynulla Fətullayev rəhbəri olduğu iki saytın bağlanmasına qərar verib.
Belə ki, Azərbaycan dilli “Virtual Azərbaycan” və ingilis dilli “Azeri Daily” saytları fəaliyyətini dayandırıb.
E.Fətullayevin sözlərinə görə, bu addım haqqin.az saytının regional postsovet nəşrinə çevrilməsi ilə bağlı strateji qərarla əlaqədardır:
“Yeni strategiyaya əsaslanaraq, biz öz potensialımızı və maliyyə resurslarımızı haqqin.az saytının rusdilli seqmentinin gücləndirilməsinə və inkişafına yönəltmək qərarına gəldik".