Sosial şəbəkədə biz:

Azərbaycan güləşçisi ikiqat Avropa çempionu oldu

03 April 2022, 12:00
Gündəm

Azərbaycan yunan-Roma güləşçisi Eldəniz Əzizli Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

Belə ki, 55 kq çəki dərəcəsində çıxış edən güləşçimiz finalda gürcüstanlı dünya çempionu Nuqzari Tsurtsumia ilə qarşılaşıb. Görüş Əzizlinin qələbəsi ilə yekunlaşıb - 8:2.

Beləliklə, 30 yaşlı pəhləvan karyerasında ikinci dəfə Avropa çempionu olub. O, ilk belə çempionluğu 2018-ci ildə qazanıb. Həmin il Əzizli həm də dünya çempionu olub.