Sosial şəbəkədə biz:

Ruslar Ukraynada taladıqlarını poçtla ailələrinə göndərir - VİDEO

04 April 2022, 08:47
Gündəm

Belarusun Mozır şəhərində kuryer xidmətinin onlayn kamerasından 3 saatlıq çəkilişlər dərc edilib.

Belə ki, kadrları yayan “Belarus Guyun” layihəsi rus hərbçilərinin poçt vasitəsilə ukraynalılardan oğurladıqlarını ailələrinə göndərdiyini iddia edib.

Kadrlarda ilhaq olunmuş Krımda yerləşən Rusiya Silahlı Qüvvələrinin 56-cı Qvardiya desant-hücum alayının şevronlarını taxmış hərbçilər əks olunub.

Daha əvvəl Ukrayna kəşfiyyatı Belarusun Narovlya şəhərində rus hərbçilərinin Ukraynada oğurlanmış əmlakın satışı üçün bazar açdığını iddia edib. Yeniavaz.com

https://www.youtube.com/watch?v=6vyY4rnJ7lA