Sosial şəbəkədə biz:

Kəmaləddin Heydərovun zavodu “Azəriqaz”ı məhkəməyə verdi

06 April 2022, 12:04
Gündəm

Qafqaz Konserv Zavodu MMC “Azəriqaz” İstehsalat Birliyini məhkəməyə verib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, MMC-nin şikayəti araşdırılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilib.  

Şikayət araşdırılması üçün hakim Emin Əliyevin icraatına verilib. 

Məhkəmə baxışı aprelin 26-na təyin olunub. 

Qeyd edək ki, iddia ərizəsi yaranmış pul borcu üstündə qaldırılıb.

Mətbuatda yayılan məlumata görə, Qafqaz Konserv Zavodu fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsusdur.