Sosial şəbəkədə biz:

“Baku Vinter Park Hotel Company” əmək qanunvericiliyini pozdu

16 April 2022, 13:25
Gündəm

“Baku Vinter Park Hotel Company” MMC-yə cərimə protokolu yazılıb.

MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək qanunvericiliyinin pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

İş hakim Elməddin Hüseynovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.