Sosial şəbəkədə biz:

Bakıda 16 yaşlı qızla evlənən kişi məhkəməlik oldu

16 April 2022, 13:29
Gündəm

16 yaşına çatmayan qızla cinsi əlaqədə olmaqda təqsirləndirilən 29 yaşlı Musa Hacıyevin (ad soyad şərti) cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

İş üzrə Bakının Xəzər rayon Prokurorluğunda toplanan materiallar baxılması üçün Xəzər rayon Məhkəməsinə göndərilib.

İş hakim Əkrəm Qəhrəmanovun icraatına verilib.

Məlumata görə, paytaxtın Binə qəsəbəsində yaşayan M.Hacıyev 16 yaşlı qızla ailə qurub. Bu səbəbdən onun barəsində bu ilin fevral ayında Cinayət Məcəlləsinin 152.1-ci (onaltı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanıb. Lent.az