Sosial şəbəkədə biz:

Yusif Qədimbəyli cərimələndi

17 April 2022, 11:12
Gündəm

“Sədərək” Firmasına cərimə protokolu yazılıb.

Belə ki, firma barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokol baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib.

İş hakim Teymur Qurbanovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası aprelin 28-nə təyin edilib.

Qeyd: “Sədərək” Firmasının təsisçisi Yusif Qədimbəylidir.