Sosial şəbəkədə biz:

PA rəsmisi və icraçı direktor İSBAM-da - FOTOLAR

22 April 2022, 17:10
Gündəm

Bu gün Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva  İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin (İSBAM) ofisində olublar.

İSBAM-dan  verilən məlumata görə, qonaqları qarşılayan İSBAM sədri Samir Adıgözəlli belə bir ziyarət onlarda xoş təəsürat yaratmaqla yanaşı, gələcək fəaliyyətlərində stimula çevriləcək.

Tərəflər bir çox məsələlər, o cümlədən mərkəzin fəaliyyəti, qarşıdakı planları və digər məsələlərlə bağlı müzakirə aparıblar. 

Qonaqlar Mərkəz rəhbərliyinə uğurlar arzulayıblar.

img
img
img
img
img
img
img
img