Sosial şəbəkədə biz:

Rusiya Gömrük Xidməti idxal-ixrac statistkasının dərcini dayandırıb

23 April 2022, 09:18
Gündəm

Rusiya Federal Gömrük Xidməti müvəqqəti olaraq, ixrac-idxal üzrə statistkanın dərcini dayandırır - guya möhtəkirlikdən və qeyri-korrekt qiymətləndirmədən qaçmaq məqsədilə.

«İnterfaks»ın xəbər verdiyi kimi, bu barədə Rusiya Gömrük Xidmətinin başçısı Vladimir Bulavinov bəyan edib.

«FGX idxal-ixrac üzrə statistikanı dərc etmir - qeyri-korrekt qiymətləndirmədən, möhtəkirlikdən və idxal üzrə tədarüklərin müxtəlif cür yozulmasından qaçmaq üçün mən, bu qərarı dəstəkləyirəm» - baş gömrükçü deyib. Onun sözlərinə görə bu, müvəqqəti tədbirdir.

Heç şübhə yoxdur ki, xarici ticarətin iflic vəziyyətinə düşməsini ört-basdır etmək və geniş ictimaiyyətdən gizlətmək üçün ölkə rəhbərliyi mümkün olan hər şeyi etməkdən çəkinmir. Gömrük xidmətinin məlum qərarı da bu sıradandır. AzPolitika.info