Sosial şəbəkədə biz:

Fransada Məhəmməd Mirzəliyə hücum etmiş 4 nəfər həbs edildi

29 April 2022, 09:22
Gündəm

Aprelin 26-da Fransa məhkəməsi 2021-ci ilin martında Nant şəhərində siyasi mühacir, bloger Məhəmməd Mirzəliyə hücuma görə dörd nəfərə ittiham irəli sürüb.

Həbs edilənlərdən üçü əslən Azərbaycandan, biri isə qonşu Gürcüstandandır. Onlar mütəşəkkil dəstənin tərkibində adam öldürməyə cəhddə ittiham edilərək həbs olunublar.
M.Mirzəliyə hücum edənlər ona çoxsaylı bıçaq xəsarəti yetiriblər və möhkəm döyüblər. Həbs olunanların adları açıqlanmır.

Fransada Məhəmməd Mirzəliyə hücum etmiş 4 nəfər həbs edildi