Sosial şəbəkədə biz:

Toyuq ətinin bahalaşmasının səbəbi açıqlandı - VİDEO

02 May 2022, 12:54
Gündəm

Quş əti və yumurta istehsalçıları narazıdır.

İddia edilir ki, onları qiymətləri artırmağa iri ticarət şəbəkələrinin sahibkarlara yaratdığı problem səbəb olur.

Belə ki, iri marketlərin istehsalçılarla qeyri-bərabər, onlara sərfəli olmayan müqavilələr imzaladığı bildirilir. Belə vəziyyət isə sahibkarlara istehsal prosesini vaxtında və düzgün tənzimləməyə, istehsalı genişləndirməyə əngəl yaradır və məhsulun maya dəyərini artırır. Nəticədə məhsul piştaxtalara baha qiymətə çıxır.

https://www.youtube.com/embed/ytVwTRmXQgk