Sosial şəbəkədə biz:

Xalq artisti əvvəl xərçəng, sonra Hepatit C olduğunu öyrəndi

04 May 2022, 08:46
Gündəm

Xalq artisti Zabit Nəbizadə onkoloji xəstəlikdən əziyyət çəkir.

Bu haqda "Nanəli" proqramında bildirilib. Qeyd edilib ki, ayağında yara əmələ gələn xanəndəyə xərçəng diaqnozu qoyulub.

"Ağrılara dözdüm. 4 ay kimyaterapiya aldım. İki dəfə əməliyyat keçirdim. İkinci qrup əlil olmuşam. Ölümdən qorxmurdum, bezmişdim yaşamaqdan, inamsızlıqdan. Sonuncu dəfə dedim getmirəm əməliyyata. İki il sonra bilindi ki, onurğamda yırtıq olub. 2005-ci ildə İran konsertinə hazırlaşanda Hepatit C olduğumu öyrəndim. Bir iynəyə 300 dollar verirdim. Onu vurdular, saçlarım töküldü" deyə, xanəndə söyləyib. Axsam.az