Sosial şəbəkədə biz:

İctimai Televiziyadan mühüm addım - Musiqili və əyləncəli xarakterli verilişlər proqramdan çıxarılıb

02 April 2016, 20:06
Gündəm
İctimai Televiziya və Radio Yayımları şirkəti efir proqramında dəyişiklik edib. Televiziyanın İctimaiyyətlə əlaqələr şöbəsindən Azinforum.az-a verilən məlumata görə, İctimai Televiziya və Radio Yayımları Şirkəti cəbhə bölgəsində baş verən hadisələrlə əlaqədar bu gündən 3 gün müddətində öz proqramına dəyişiklik edib. Musiqili və əyləncəli xarakterli verilişlər proqramdan çıxarılıb.