Sosial şəbəkədə biz:

Bakıda gənc qadın bəstəkar qəfil vəfat etdi

06 May 2022, 13:31
Gündəm

Gənc şairə və bəstəkar Sahilə Qurbanova dünyasını dəyişib.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə müğənni Nərmin Kərimbəyova məlumat verib. O qeyd edib ki, sənətçi ötən gecə qəflətən vəfat edib: “Vallah, bilmirəm nə deyim. Gənc istedada “Allah rəhmət etsin” kəlməsi heç yaraşmır. Balaların yetim qaldı, çox heyif səndən”.

Qeyd edək ki, Sahilə Qurbanova bir sıra dövlət qurumlarında işləyib. Son olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunda çalışıb.

Nizam Rza