Sosial şəbəkədə biz:

“Qarabağ” Qurban Qurbanovla yeni müqavilə imzaladı

11 May 2022, 17:23
Gündəm

“Qarabağ” FK və Qurban Qurbanov arasında olan müqavilənin müddəti uzadılıb.

Bu haqda klubun saytı məlumat yayıb. Yeni anlaşmaya əsasən, Qurban Qurbanov daha 3 il komandanın baş məşqçisi olacaq.

Qurban Qurbanov 2008-ci idən komandamızı çalışdırır. “Qarabağ” FK bu müddət ərzində 8 dəfə Azərbaycan çempionu olub, 4 dəfə ölkə kubokunu qazanıb, 8 dəfə isə UEFA-nın klub turnirlərinin qrup mərhələsinə yüksəlib.