"Xarkovda 23 yaşayış məntəqəsini azad etmişik" - Ukraynalı general
Ukrayna Ordusu mayın 5-dən Xarkov istiqamətində 23 yaşayış məntəqəsini azad edib.
Bu barədə briqada generalı, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksey Qromov brifinqdə məlumat verib.
- Düşmən atışları gücləndirib, qoşunlarımızın hücumunu və Ukraynanın dövlət sərhədinə çıxışını dəf etməyə çalışır, - general deyib.