Sosial şəbəkədə biz:

Müdafiə Nazirliyi: düşmənin komanda məntəqəsi vuruldu, general və polkovniklər məhv edildi

04 April 2016, 12:34
Gündəm
Azinforum.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki. Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdə fəaliyyət göstərən komanda-qərargah məntəqəsi qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə darmadağın edilib. Düşmənin çoxlu sayda hərbi qulluqçusu - polkovnik və general rütbəli zabitləri də zərbə nəticəsində məhv edilib. Müdafiə Nazirliyi bildirir ki, həyata keçirilən əməliyyatla bağlı video görüntülər ictimaiyyətə təqdim olunacaqdır.