Sosial şəbəkədə biz:

Elza Seyidcahanla jurnalist arasında GƏRGİNLİK: - “Oğlun pulu ödəyirsə, camaatdan niyə yığırsan?”

25 May 2022, 13:42
Gündəm

Əməkdar artist Elza Seyidcahanla jurnalist Zülfiyyə Qurbanova arasında gərgin anlar yaşanıb.

AZİNFORUM.AZ Oxu.Az-a istinadla xəbər verir ki, hadisə ARB TV-də yayımlanan “Səni axtarıram” verilişində baş verib.

Aparıcı Xoşqədəm Hidayətqızı Elzanın oğlunun anasına 1 000 manat göndərdiyini bildirib.

Zülfiyyə Qurbanova isə: “Oğlun deyir ki, maşını satıb, qalan pulu ödəyəcək. Maşını satıb pulu verirsə, burada oturmağına ehtiyac yoxdur, burada niyə camaatdan pul yığırsan?” - deyə əlavə edib.

Bu sözlərdən sonra Elza ilə jurnalist arasında gərginlik yaranıb:

“Mən icazə vermərəm ki, oğlum nə maşınını, nə telefonunu, nə də evini satsın. Şantaja görə heç nəyimi satmaram”, - deyə Elza vurğulayıb.

Daha ətraflı süjetdə:

https://www.youtube.com/embed/U0KsEluYZ40?rel=1&wmode=transparent