Sosial şəbəkədə biz:

Prezident Ofisi: “Ukrayna ordusu əks-hücuma keçib“

28 May 2022, 11:53
Gündəm

"Ukrayna qoşunları Xersonda əks-hücum əməliyyatlarına başlayıb". 

“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç deyib.

“Qoşunlarımız Rusiya ordusunun arxa hissəsində uğurlu əks-hücum əməliyyatlarına keçib. Rusiyanın "Su-35" təyyarəsi vurulub. Maraqlı vəziyyətdir. Bu əks-hücum əməliyyatı aviasiyasi ilə yaxşı təmin olunub. Novaya Kaxovkaya çatmaq üçün yaxşı şanslar var”, - o söyləyib.

Arestoviç hazırkı prosesləri perspektivli hesab etdiyini bildirib.